Əhməd əl-Şəra: Türkiyənin tələbi qəbul edildi
Suriyanın yeni hökumətinin rəhbəri Əhməd əl-Şəra ölkədəki silahlı qruplaşmalar və ya terror təşkilatlarının ləğvi ilə bağlı mövqeyini bir daha bəyan edib.
Teleqraf.com xəbər verir ki, o, bu qruplaşmalarla yeni dövlət quruculuğunun mümkün olmadığını deyib.
Şəra yeni hakimiyyət və dövlət təsisatlarının qurulması prosesində də qisasçılıq və inqilab mentalitetindən uzaq durmağın zəruriliyini vurğulayıb:
“Qisas və inqilab zehniyyəti dövlət və hökuməti qurmaq üçün yox, hökuməti devirmək üçün uyğundur. İnqilabın mentaliteti ajiotaj və reaksiyalarla xarakterizə olunur”.
Əl-Şəra qeyd edib ki, o, bütün dövləti keçmiş prezident Bəşər Əsədin rejimindən qurtarıb, ölkənin strateji və beynəlxalq mövqeyini bərpa edib.
Bundan əlavə, o, prezidentlikdən tutmuş parlament və hökumətə qədər dövlətin strukturunu institutların qurmalı olduğuna diqqəti çəkib.
Əl-Şəra bundan əvvəl administrasiyasının yeni konstitusiya hazırlamaq və seçkilər keçirmək əzmində olduğunu açıqlayıb: “Konstitusiyanın hazırlanması və yazılması təxminən 3, seçkilərin təşkili də 4 il çəkə bilər”.
Ölkədəki silahlı qruplaşmaların ləğvinə gəlincə, bunun Türkiyənin tələbi ilə Suriyanın şimalında yerləşən PKK/YPG/SDQ terror təşkilatına da şamil olunacağı gözlənilir. Anlaşmanın Türkiyə xarici işlər naziri Hakan Fidanın Dəməşqdə əl-Şəra ilə son görüşündə əldə edildiyi bildirilir. Rəsmi Ankara terror təşkilatının öz-özünü buraxıb Suriyadan çıxmayacağı təqdirdə bunun hərbi əməliyyatla həyata keçiriləcəyini bəyan edib.
Polise.az