İranda hakimlərə hücum terror aktı elan edildi

Tehranda İran Ali Məhkəməsi qarşısında iki hakimin ölümü ilə nəticələnən atışma terror aktı elan edilib.

 Polise.az xəbər verir ki, bu barədə “IRNA” agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, İranın baş prokuroru Mohammad Movahhedi Azad Tehran Baş Prokurorluğuna hadisəni dərhal və hərtərəfli araşdırmağı tapşırıb.

Azad terror aktının arxasında duranların müəyyən edilərək həbs olunmasını tapşırıb.

Hücum nəticəsində bir mühafizəçi və daha bir hakimin yaralandığı iddia edilir. Nəşr bildirir ki, hücum edən şəxsin Ali Məhkəmə və orada baxılan işlərlə heç bir əlaqəsi olmayıb.

 Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button