DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin edilib. İstintaqın obyektiv aparılması üçün qanunamüvafiq tədbirlər görülür.
Polise.az



