Lənkəran şəhərində bazar ərazisində yanğın baş verib-Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bazar ərazisində meyvə-tərəvəz satışı həyata keçirilən mağazada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 9 kv.m. olan mağazanın talvar hissəsi 5 kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və bazar ərazisində yerləşən bitişik obyektlər yanğından mühafizə olunub.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button