Türkiyə XİN: Qardaş Azərbaycanın müstəqillik uğrunda şəhid olan qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar paylaşım edib.
Polise.az xəbər verir ki, Türkiyə XİN-in X sosial media hesabında yayımlanan paylaşımda deyilir:
“20 Yanvar 1990-cı ildə Qardaş Azərbaycanın müstəqillik uğrunda şəhid olan qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik”.
Mətn Azərbaycanın və Türkiyənin Dövlət bayraqları və 20 Yanvarla bağlı xüsusi olaraq hazırlanan foto ilə yayımlanıb.
Polise.az



