Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər

ABŞ Prezidenti Co Baydenlə yeni seçilmiş prezident Donald Tramp Ağ evdə görüşüblər.

Polise.az-ın məlumatına görə, Bayden xələfini Ağ evin şimal qapısında birinci xanım Cill Baydenlə qarşılayıb. Bayden öz xanımı Melani ilə birgə gələn Donald Trampı “evinə xoş gəldin”, deyə içəri dəvət edib. İki lider Ağ evdə çay süfrəsi arxasında müzakirələr aparıb və daha sonra eyni avtomobildə Kapitol binasında keçirilən andiçmə mərasiminə yollanıblar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button