Zeynal Nağdəliyevin şöbəsində 5 əməkdaş işdən çıxarıldı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb.

Məlumata görə, şöbənin əməkdaşları – Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.

Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

Mənbə
Unikal.org
Hamısını Göstər

Related Articles

Back to top button