Hakan Fidandan xəbərdarlıq: Buna dözməyəcəyik

Suriyada ordudan başqa heç bir silahlı qrupa dözüm göstərilməyəcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“İsrailin qeyri-sabit mühit yaratmaq üçün (Suriyaya) son hücumlarına tənqidi yanaşırıq. Orada İŞİD-lə bağlı prosesi İordaniya və digər region ölkələri ilə koordinasiya edəcəyik. YPG ilə bağlı prosesi həssaslıqla izləyirik, silahlarını yerə qoyub milli ordu sıralarına qatılacaqlar. Suriyada heç vaxt bir federal quruluş olmayacaq və ordudan başqa heç bir silahlı struktura qəti şəkildə dözüm göstərilməyəcək. Kürdlərin Suriya konstitusiyasının qurucu elementlərindən biri olmasını vacib hesab edirik”, – nazir bildirib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button