Ermənistan Baş naziri: Azərbaycanla müharibəni unudun

“Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə razılığa gəliblər və onun imzalanmasına heç bir maneə yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Ermənistandakı revanşist qüvvələrin müharibə çağırışları etdiklərini etiraf edib.

“Ermənistan-Azərbaycan eskalasiyasını və müharibəsini unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq və eyni vaxtda sülh sazişi və Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə Ermənistan-Azərbaycan birgə müraciətini imzalamağa hazırıq”, – Paşinyan bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button