Pakistan: Hindistanla müharibə dağıdıcı olacaq

Pakistan faktları müəyyən etmək və iki qonşu ölkə arasında münaqişənin genişlənməsinin qarşısını almaq üçün Kəşmirdəki hadisə ilə bağlı Hindistanın araşdırmasına qoşulmağa hazırdır.

Teleqraf xəbər verir ki, bunu Pakistan baş nazirinin siyasi müşaviri Rana Sanaullah Xan deyib.

Pakistan rəsmisi Hindistanla müharibənin hər iki ölkə üçün dağıdıcı olacağını vurğulayıb.

Həmçinin Xan əlavə edib ki, üçüncü bir tərəfin araşdırmaya cəlb olunması da mümkündür.

Pakistan artıq Kəşmirin Pakistanın nəzarətində olan hissəsində çoxsaylı insan ölümünə səbəb olan olayı pisləyib.

Xatırladaq ki, aprelin 22-də silahlılar Kəşmirin Hindistanın nəzarətində olan Pahalqam şəhəri yaxınlığındakı turist zonasına hücum edib, əksəriyyəti hindistanlı olmaqla 30 nəfər ölüb və yaralayıb. Hindistan baş verənlərə görə Pakistanı ittiham edib. Rəsmi İslamabad ittihamı rədd edərək, bunu əsassız adlandırıb. Hindistan Pakistanın məsələnin beynəlxalq səviyyədə, obyektiv araşdırılması çağırışlarına müsbət cavab verməyib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button