İtaliyalı deputatlar Xankəndiyə gəldi – FOTO

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, mayın 1-də Xankəndiyə səfər ediblər. Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi qarşılayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən xəbərə görə, səfər şərçivəsində parlamentarilər “Zəfər” meydanında olub, burada görülən işlərlə tanış olublar.
Onlar Xankəndidə “Qarabağ” Unversitetini də ziyarət ediblər. Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.
Polise.az