Simonyan Paşinyanın Moskva səfəri barədə: Son anda COVID-ə yoluxa bilər

Ermənistan Baş naziri Nikol Paşinyan İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar mayın 9-da Moskvada keçiriləcək tədbirlərə qatılmaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.
Spiker baş nazirin mayın 9-da Qələbə paradına qatılmaq üçün Moskvaya getməyəcəyini istisna etməyib:
“Baş nazir son anda getməməyə və ya getməyə qərar verə bilər. Bilmirəm, bəlkə o, COVID-ə yoluxacaq, bəlkə də hamı COVID-ə yoluxacaq. Görürsünüz, bir çox ölkənin liderləri xəstələnib və getmirlər, məsələn, Hindistan lideri”.
Polise.az