Prezidentin köməkçisi: “Erməni millət vəkili Azərbaycana qarşı terrora çağırış edir”

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni millət vəkili Naira Zoqrabyanın terrora çağırış etdiyini bildirib.

Bu barədə Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zoqrabyan. Həmçinin Avropa Şurası və qurumun Parlament Assambleyasında təmsil olunur. Mingəçevir su anbarını vurmaqla Azərbaycana qarşı terrora və müharibə cinayətlərinə çağırış edir. Bu cür düşünən siyasətçi AŞPA-dakı mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”, – deyə H.Hacıyev qeyd edib.

Naira Zohrabyan, Member of Armenian National Assembly from “Prosperous Armenia” Faction. Also represented at PACE/@coe. Calls for terror/#WarCrime against Azerbaijan by hitting Mingachevir reservoir. Politician with such mentality must be stripped of PACE mandate. We condemn it. pic.twitter.com/jElxB6QAAf— Hikmet Hajiyev (@HikmetHajiyev) November 9, 2020

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button