Hikmət Hacıyev: “Şəhidlərimiz geosiyasi oyunları darmadağın etdilər”
Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.
“Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi”, – o bildirib.