ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya Müharibəsi olacaq

ABŞ senatoru Lindsi Qrem və Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ı Rusiya ilə müharibəyə sürükləmək niyyətindədirlər.
Moderator.az Publika.az-a istinadən xəbər verir ki, bunu “X” sosial şəbəkəsində ABŞ prezidentinin siyasi və strateji məsələlər üzrə keçmiş müşaviri Stiv Bennon deyib.
“Biz Qrem və Zelenskinin ABŞ-ı III Dünya Müharibəsinə sürükləməsinə icazə verə bilmərik”, – deyə o vurğulayıb.
Bennon həmçinin Qremin vətəndaşlığının ləğv edilməsini və ya həbs edilməsini istəyib, onu ABŞ-ı Rusiya ilə münaqişəyə sövq etməkdə ittiham edib.
Polise.az