Çavuşoğludan işğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı AÇIQLAMA

“Azərbaycan işğaldan azad olunmuş torpaqlarda idarəçiliyi necə aparacağı barədə mənim danışmağım düz deyil. Amma ən qısa zamanda bunu Azərbaycanın edəcəyindən heç bir şübhəmiz yoxdur”.

Bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarının cavablandırarkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın xalqa xidmət məsələsində gücü var:

“İlham Əliyevin erməni vətəndaşlarıla birgə yaşamaqla bağlı açıqlamaları da müsbətdir. Mən işğaldan sonra oraya qanunsuz gətirilən vətəndaşlardan danışmıram. Burada illərdir yaşayan erməni vətəndaşlar var, eyni zamanda, Türkiyədə də ermənilər yaşayırlar”.

O qeyd edib ki, qarşıdurmanın çoxu bizim bölgəmizdədir:

“Həlli dondurulmuş münaqişələrin çoxu da bizim bölgəmizdədir. Qarabağ bunlardan bir idi, inşallah, bu məsələ də həll olunacaq”. 

“Digər tərəfdən – Gürcüstanda, Ukraynada, Krımda, Moldovda, Suriyada, İraqda, Liviyada belə gərgin münaqişələr var. Diqqət etdinizsə, Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir.

Biz Liviyada da münaqişənin sülh yolu illə həllini dəstəkləyirik. Ancaq bizim dediyimiz bəzən qarşılığını tapmır. Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Biz problemlərin həllində lazımi addımlar atmağa davam edəcəyik”, – deyə o qeyd edib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button