Ermənistan tərəfində döyüşən bəzi muzdluların adları məlum olub
Ermənistanın Qarabağın işğal olunmuş ərazilərində qanunsuz silahlı birləşmələrə cəlb etdiyi bəzi muzdluların adları üzə çıxıb. Bu barədə Baku TV-yə hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov məlumat verib. O bildirib ki, Ermənistan terrorçuların Qarabağda döyüşməsini leqallaşdırıb:
“Muzdluların içində müxtəlif dövlətlərdən gəlmiş terror qruplarının nümayəndələri var idi. Onlar həmin ölkələrdən hansı məqsədlə hara getdiklərini gizlətmədən bildirirdilər”.
Baku TV-nin sözügedən süjetini təqdim edirik: