İrəvandakı mitinqlərdə 60 nəfər saxlanılıb
İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalarda 60 nəfər saxlanılıb.
News.am xəbər verir ki, bununla bağlı Ermənistanın Ombudsman Aparatı məlumat yayıb.
Onlardan 51-i inzibati xətalara görə polis bölməsinə gətirilib və hələ də orada saxlanılır, 9-u isə cinayət əməli törətməkdə şübhəli bilinərək tutulub.