İrəvanda etirazların üçüncü günü: Rəsmilərin fotoları ayaq altına düzülür

İrəvanda artıq üçüncü gündür ki, Ermənistan hökumətinin Qarabağdakı məğlubiyyəti ilə barışmayan müxalifətçilər etiraz aksiyası keçirirlər.

“Sputnik Ermənistan” xəbər verir ki, 17 müxalif partiyanın nümayəndələri Azadlıq Meydanına toplaşırlar.

Etirazçılar özləri ilə gətirdikləri hakim blokun deputatlarının fotolarını və üzərinə “satqın” yazılan lövhələri yerə düzüblər.

Onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Hamısını Göstər

Related Articles

Back to top button