Azərbaycan və Ermənistan birgə danışıqlara başlayır: Əbu-Dabidə razılıq əldə olundu

Azərbaycan və Ermənistan danışıqları vasitəçi olmadan davam etdirəcəklər.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.

“İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb”, – nazirlikdən qeyd olunub.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button