Ermənilər gün ərzində Kəlbəcəri tərk etməkdə davam edib
Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra burada yerləşdirilmiş ermənilər gün ərzində rayonu tərk etməkdə davam edib.
Ermənilər şəxsi avtomobillərində, mikroavtobus və yük maşınlarında 27 ildən çox işğal etdiyi əraziləri tərk edir.
Sosial şəbəkələrdə yerləşdirilən fotolardan da aydın görünür ki, Kəlbəcərin çıxışında nəqliyyat vasitələrinin uzun tıxacı yaranıb.