Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır

Qarabağdakı atəşkəs razılaşması həyata keçirilir, hərbi əməliyyatlar yoxdur.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrin komandanı general-leytenant Rüstəm Muradov bildirib.

Onun sözlərinə görə, vəziyyət tədricən sabitləşir.

General-leytenant həmçinin Qarabağda Rusiya hərbçilərinin müşahidə məntəqələrinin yerləşdirilməsinin noyabrın 14-də başa çatacağını bildirib.

“Mərkəzi hərbi dairənin 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı  briqadası bu gün təmas xətti boyunca bütün müşahidə məntəqələrinin yerləşdirilməsini tamamilə başa çatdırır”, – deyə o, vurğulayıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button