ABŞ Ukraynaya Moskvanı vuracaq raketlər verməyi düşünür

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” tipli uzun mənzilli qanadlı raketlərin verilməsi imkanlarını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilir ki, sözügedən raketlər keçən ay ABŞ tərəfindən İrandakı hədəflərə qarşı istifadə olunub. Sualtı qayıqlardan atılan bu raketlər İranın nüvə infrastrukturunu hədəf almışdı.
“Bu raketlərlə Moskva və Sankt-Peterburqa qədər məsafəni qət edə bilər”,- məlumatda deiyilir.
Qeyd olunur ki, bu raketlərin Ukraynaya verilməsi məsələsi artıq ötən cümə günü müzakirə olunub.
Polise.az



