Serj Sarqsyanın yaxın adamı Nikol Paşinyana sui-qəsddə ittiham olundu

Ermənistanın Respublika Partiyasının deputatı, keçmiş prezident Serj Sarqsyanın ən yaxın adamlarından hesab olunan Baqram Baqdasaryan baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunur.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

B.Baqdasaryanın vəkilinin sözlərinə görə, o, sadəcə müxalifətin mitinqlərində iştirak edib, indi onu baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham edirlər. Sübut kimi isə hansısa telefon danışıqlarından kəsilmiş fraqmentlər göstərilir.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button