Peskov: Tramp sülh istəyir, amma proses asan deyil

ABŞ prezidenti Donald Trampın bəyanatları onun Ukraynada sülhün bərpasına mümkün qədər tez nail olmaq istəyindən xəbər verir, lakin Vaşinqton bu prosesin mürəkkəbliyini getdikcə daha aydın şəkildə dərk edir.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Kreml sözçüsünə görə, artıq hamı “kifayət qədər sərt və düz ritorikaya” öyrəşib.
O qeyd edib ki, Vladimir Putin dəfələrlə Ukraynadakı vəziyyətin mümkün qədər tez sülh yolu ilə həll olunasını arzuladığını bildirib.
“Eyni zamanda, Ukraynada münaqişənin həlli “uzun prosesdir, səy tələb edir və asan deyil, çox güman ki, Vaşinqton bunu getdikcə daha çox başa düşür”, – Peskov bildirib.
Polise.az



