Böyük Britaniya İsraili Suriyanın suverenliyinə hörmət etməyə çağırıb

Suriyanın suverenliyi regiondakı bütün ölkələr tərəfindən qorunmalıdır.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi son günlər Suriyada baş verən silahlı qarşıdurmaları şərh edərkən bildirib.
“Suriyanın cənubunda baş verən son zorakılıq hadisələri, o cümlədən mülki şəxslərə qarşı yönəlmiş hücumlar bizi dəhşətə gətirib. Biz döyüşlərin dayandırılmasını, mülki şəxslərin qorunmasını və bütün suriyalıların hüquqlarına hörmət olunmasını istəyirik”, – deyə Lemmi Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı qeyd edib.



