Perunun yeni prezidenti istefa verdi

Perunun yeni prezidenti Manuel Merino de Lama ölkədə davam edən etiraz aksiyaları fonunda istefaya gedib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

İstefaya səbəb ölkədə yaranmış siyasi böhran olub. Dövlət başçısı da üç gün əvvəl yaradılmış hökumətin 13 üzvü kimi istefaya getdiyini açıqlayıb.

Qeyd edək ki, ölkədə siyasi böhran noyabrın 9-da parlamentin keçmiş prezident Martin Viskarranın vəzifədən uzaqlaşdırmasına qərar verməsi ilə geniş vüsət alıb. Bundan sonra ölkə qanunlarına əsasən, Merino de Lama ölkənin rəhbəri olub. Lakin onun təyinatı Viskarra tərəfdarlarının narazılığına səbəb olub və etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı polislə toqquşma baş verib və iki nəfər ölüb. Bütün bunlar ölkədə etiraz dalğasının daha da güclənməsinə şərait yaradıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button