Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb

Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb.
Polise.az xəbər verir ki, bu barədə “İspaniyanın Periodista Digital” saytının dərc etdiyi məqalədə deyilir.
Məlumatda qeyd olunub ki, Fransadakı erməni diasporunun adı açıqlanmayan nümayəndələrinin əldə etdiyi sənədlərdən aydın olub ki, ərazi “Tramp körpüsü” adlandıracaq.
Bildirilib ki, “Trump körpüsü nəqliyyat dəhlizinin yaradılmasına dair anlaşma memorandumu” adlı məxfi sənəd Azərbaycan, Ermənistan və ABŞ tərəfindən təsdiqlənib.
Polise.az



