Azərbaycan və Ermənistan arasında yol bu prinsiplə açılmalıdır-Bəqayi

“Biz həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə ikitərəfli münasibətlərimizi yüksək qiymətləndiririk. Onlar bizim qonşularımızdır və biz hər iki dövlətlə mehriban qonşuluq siyasətimizi davam etdirmək əzmindəyik”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ermənistan KİV-ə müsahibəsində deyib.

“Bizim həm Azərbaycan, həm də Ermənistanla möhkəm dostluq əlaqələrimiz var”, – diplomat qeyd edib.

Sülh prosesindən danışan Bəqayi bildirib:

“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün hər cür səy göstərəcəyik. Nəqliyyat marşrutlarına gəlincə, biz həmişə onları dəstəkləmişik, çünki əminik ki, əlaqə iqtisadi inkişafın və həm ermənilərin, həm azərbaycanlıların, həm də iranlıların rifahının əsas komponentidir. Ümid edirik ki, bu təşəbbüslər öz müsbət nəticələrini verəcək. Biz Ermənistanın irəli sürdüyü “Sülh qovşağı” təşəbbüsünü dəstəkləmişik və bunun bütün region üçün faydalı olduğuna inanırıq.

Həmçinin açıq şəkildə bəyan etmişik ki, istənilən nəqliyyat marşrutu beynəlxalq səviyyədə tanınmış sərhədlərə riayət etməklə, heç bir dövlətin suverenliyini və ərazi bütövlüyünü pozmadan həyata keçirilməlidir. Biz Cənubi Qafqaz ölkələri ilə İran arasında nəqliyyat marşrutlarının və əlaqənin genişləndirilməsinin tərəfdarı olsaq da, diqqətli olmalıyıq”.

İran rəsmisi əlavə edib ki, üçüncü tərəflərin, qeyri-regional aktorların Cənubi Qafqazın işlərinə qarışmasına imkan verilməməlidir: “Bu cür müdaxilələr vəziyyəti daha da çətinləşdirəcək və region dövlətlərinin maraqlarına xidmət etməyəcək”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button