Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyən LİDERLƏR – SİYAHI – FOTO

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyən lider və hökumətlərin siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ağ Ev”in “X” hesabında paylaşım edilib.
Həmin siyahını təqdim edirik:
– Azərbaycan Prezidenti İlham Əliyev;
– Ermənistanın Baş naziri Nikol Paşinyan;
– Kambocanın Baş naziri Hun Sen;
– Qabon Prezidenti Brays Oliqi Nqema;
– İsrailin Baş naziri Benyamin Netanyahu;
– Pakistan hökuməti;
– Ruandanın xarici işlər naziri Olivye Nduhunqirehe.
Qeyd edək ki, avqustun 8-də Ağ Evdə keçirilən görüşlərdən sonra mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev Trampın Nobel Sülh Mükafatına layiq olması məsələsini xüsusi vurğulamışdı.

Polise.az



