Əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5214 cinayət faktı aşkarlanıb.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5214 cinayət faktı aşkarlanıb.

Polise.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Onlardan 1632-si narkotik vasitələrin qanunsuz satışı, 3453-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 127-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button