Paşinyan: Amerika hərbçiləri sərhəddə görünməyəcək – YENİLƏNDİ

İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri zamanı bir sıra memorandumlar imzalanıb.
Teleqraf xəbər verir ki, bu sıraya film mübadiləsindən metrologiya sahəsinədək 10 sənəd daxildir.
İran Prezidentinin Ermənistan Baş naziri Pezeşkianla görüşü zamanı ölkələr arasında ticarət dövriyyəsinin 3 milyard dollara qədər artırılması da müzakirə edilib.
N.Paşinyan İran tərəfini əmin edib ki, Amerika hərbçiləri sərhəddə görünməyəcək.
***
17.06
Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Cənubi Qafqaz üzrə 3+3 regional formatını dəstəkləməyə hazır olduqlarını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran və Ermənistan liderlərinin bu gün İrəvanda keçirilən görüşündən sonra imzalanan bəyanatda bildirilib.
“Onlar regional əməkdaşlıq mexanizmlərinin, o cümlədən 3+3 regional məsləhətçi platformasının təşviqini dəstəkləyiblər”, – məlumatda deyilir.
Qeyd edək ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.
Polise.az



