İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Avqust ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram marixuana, 150 ədəd Gelopain-400, 60 ədəd Portal 0.4 və 60 ədəd Sigomet həbləri aşkar ollunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button