Sabah daha üç itkin şəhid dəfn olunacaq – FOTO

Sabah Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq.

Polise.az  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, hər üç şəhid hərbi qulluqçu olub.

Hacıyev Rizvan Qara oğlu Kürdəmir rayonu, Qocalı kənd qəbiristanlığında saat 13.00-da, Əliyev Sumbat Nüdrət oğlu Füzuli rayonu, Aşağı Kürdmahmudlu qəbiristanlığında saat 14.00-da, Kərimov Natiq Zeynal oğlu Qax rayonu, Oncallı kənd qəbiristanlığında saat 16.00-da dəfn olunacaqlar.

Qeyd edək ki, Rizvan Hacıyev 1993-cü ilin aprel ayında Füzuli istiqəmətində gedən döyüşlər zamanı şəhid olub.

Füzuli rayonunun Qacar kəndi işğal olunan zaman itkin düşmüş topçu Sumbat Əliyevin nəşinin qalıqları 32 ildən sonra Xocavənd rayonu ərazisində tapılıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button