Zelenski Putini Kiyevə dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Moskvada görüşmək təklifini rədd edərək onu Kiyevə dəvət edib.
Polise.az xəbər verir ki, bu barədə o, “ABC News”a müsahibəsində bildirib.
“O, Kiyevə gələ bilər. Əgər bir insan müharibə zamanı görüşmək istəmirsə, o, mənim və ya başqaları üçün qəbuledilməz olan bir şey təklif edə bilər. Bu, sanki mənim onun Kiyevə gəlməli olduğunu söyləməyim kimidir”, – Zelenski deyib.
Onun sözlərinə görə, Putin Moskvanı görüş yeri kimi yalnız bu görüşü təxirə salmaq üçün təklif edib. Zelenski söyləyib ki, Ukrayna “hər gün raket atəşlərinə və hücumlara məruz qaldığı” müddətdə Rusiya paytaxtına gedə bilməz.
Polise.az



