Həmas lideri sağ qaldı?

“Hizbullah”a yaxın livanlı jurnalistlər HƏMAS lideri Xəlil əl-Həyinin xəstəxana otağında fotolarını yayıblar .
Məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mənbələri də təsdiqləyir.
Görüntülərə görə, o, yaralanıb və hazırda Qətərdə xəstəxanada müalicə alır.
Öz növbəsində, İsraildəki bir çox sosial media istifadəçisi bu məlumatı təkzib edərək, fotonun köhnə olduğunu və 19 sentyabr 2021-ci ildə sosial şəbəkədə dərc edildiyini təkid edir.
Nəşrin dərc edildiyi vaxt İsrail hakimiyyəti bu məlumatı şərh etməyib.

Polise.az



