Polşaya hücumun qəsdən olduğuna dair sübutlarımız var-Kallas

“Rusiya Polşaya qəsdən hücum edib”.

Polise.az  xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib.

Aİ-nin baş diplomatı bunu Rusiya-Ukrayna müharibəsi başlayandan NATO-nun hava məkanının “ən ciddi şəkildə pozulması” adlandırıb.

“Rusiyanın bu hücumunun təsadüfi deyil, qəsdən olduğuna dair sübutlar var”, – Kallas bildirib.

Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button