Bu generalı həbs edin! O susmalıdır! – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan təcili olaraq silahlı qüvvələrin Baş Qərargahının və Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyanın həbs olunmasını əmr edib.

Bu barədə Ermənistanın “Politik.am” nəşri yazıb.

Bildirilib ki, Akopyan dövlət sirrini yaymaqda təqsirləndirilir.

Qeyd edək ki, dünən keçirdiyi mətbuat konfransında Movses Akopyan Müdafiə Nazirliyinin, habelə Ermənistan hökumətinin müharibə dövründəki fəaliyyətlərinin bəzi sensasion təfərrüatını açıqlayıb.

O, Ermənistanın Su-30SM təyyarələrini və digər hərbi texnikanı əldə etməsinin təsirsiz olduğunu vurğulayıb, həmçinin Su-30SM-in raketlərinin olmadığını da bildirib. Birbaşa döyüş əməliyyatları mövzusuna toxunaraq müharibənin üçüncü günü erməni qoşunlarının artırılmasının dayandırıldığını, beşinci günündə isə silahlı qüvvələrin sıralarında artıq 1500 fərarinin olduğunu qeyd edib.

Akopyan müharibənin 44 günü ərzində ölkəni dərin bir böhrana qərq edən yalanların yayıldığını da vurğulayıb:

“İnformasiya Mərkəzinin vəzifələrindən biri rəqibi çaşdırmaq idi. Ancaq bir standart var ki, mətbuata qəsdən atılan məlumatlar 30 faizdən çox olmamalıdır, Ermənistanda isə bu yalan 100 faiz təşkil edirdi. Əhali və hərbçilərdə yaranmış çoxsaylı məsələlər, habelə ziddiyyətli fikirlər və məlumatlar da buradan qaynaqlanır”, – deyə o bildirib.

Akopyan eyni zamanda Paşinyanın arvadı Anna Akopyanla mübahisəsi, o cümlədən müharibə zamanı “İsgəndər” raketindən istifadə edildiyini və s. faktları ictimailəşdirib.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button