SON DƏQİQƏ! Oktyabrın 1-dən quru sərhədlər açılır?

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.
Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
![]()
“Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına, daha da möhkəmlənməsinə səbəb olacaq”, – deyə Müctəba Dəmirçilu bildirib.
Xatırladaq ki, Azərbaycanda karantin rejimi oktyabrın 1-də başa çatacaq. Lakin bundan sonra ən çox müzakirə olunan sual sərhədlərlə bağlıdır: Oktyabrın 1-dən sonra quru sərhədlərin açılması gündəmə gələ bilərmi?
Polise.az



