Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda görüş keçiriləcək.

“Report” xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq.

“Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür”, – Ərdoğan bildirib.

O həmçinin Nyu-Yorkda da bir sıra dövlət və hökumət başçıları və iş adamları ilə görüşlər keçirəcəyini vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button