Makron: Fələstin dövləti İsrail onu tanıyandan sonra yaradılacaq

Fələstin dövlətinin faktiki yaradılması yalnız İsrailin onu tanımasından sonra mümkündür.

Teleqraf xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron BFMTV telekanalına müsahibəsində bildirib .

O qeyd edib ki, ilk növbədə Fələstinin mövcud olacağı sərhədlərlə bağlı danışıqlar aparılmalıdır. Bu ərazilərdə dövlətin yaradılmasının digər əsas şərti onların silahsızlaşdırılması və radikal HƏMAS hərəkatının idarəçilikdən tamamilə uzaqlaşdırılmasıdır.

“Fələstin dövləti İsrail onu tanıdığı gün yaradılacaq”, – deyə o, yekunlaşdırıb.

Prezident əlavə edib ki, münaqişənin iki dövlət əsasında tam hüquqlu həlli üçün İsrailin regionun digər dövlətləri tərəfindən tanınması da zəruridir.

“Bu, dərhal baş verməyəcək, ancaq humanitar yardımdan başlayaraq, Qəzzada vəziyyətin sabitləşdirilməsinə keçərək, iki dövlətli həll yolu ilə bitənədək dövlətdən-dövlətə tədricən baş verəcək”, – deyə prezident izah edib.

Bundan əvvəl BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San Marino və Fransa Fələstin Dövlətini tanıdıqlarını bəyan ediblər. Sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini rəsmən tanıyıb. Onların bəyanatlarına görə, iki xalq üçün iki dövlət prinsipinə sadiqlik həm Fələstin, həm də İsrail xalqları üçün sülh və təhlükəsizliyin açarıdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button