Lənkəranda şagirdi və xadiməni döyən məktəb işçisi vəzifəsindən azad edildi

Azərbaycanın Lənkəran rayonunun Zevlə kəndində məktəb direktorunun müavini məktəbdə şagirdi və təmizlikçi xanımı vurub və hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Xəbər verildiyi kimiCaliber.AzM.Qarayev adına tam orta məktəbdə sinifdənkənar və məktəbdənkənar tərbiyə işinin təşkilatçısı Qurban Sadıqovun fiziki zorakılığa məruz qalması barədə şikayət ərizəsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil Şöbəsində hərtərəfli araşdırma aparılıb.

 

“Bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərə alaraq Qurban Sadıqovun əmək müqaviləsinə xitam verilib. Müəllimlərin etik normalara riayət etməsi, eləcə də şagirdlərin təhlükəsizliyi və psixoloji rifahı daim diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri aparılır”, – idarədən bildirilib.

Timur Rzayev

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button