Polis Akademiyası fəxri pillənin qalibi oldu

“Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasında Daxili İşlər Nazirliyinin Polis Akademiyası ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, həmçinin prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif ali təhsil müəssisələrinin tələbə və kursantları iştirak ediblər.
Viktorinanın əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, konstitusiya və dövlətçilik prinsiplərinin təbliği, analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi və hüquq-mühafizə orqanları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi olub.
Yarış iki mərhələdə keçirilib və nəticələrə əsasən Polis Akademiyası bütün rəqiblərini geridə qoyaraq birincilik qazanıb.
Bütün iştirakçılar sertifikatlarla, qaliblər isə xüsusi mükafatlarla təltif olunublar.

Polise.az



