Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı etiraz doğurdu – VİDEO

İsrailin baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı etirazla qarşılanıb.
Teleqraf xəbər verir ki, İsrailin baş naziri kürsüyə qalxanda bir çox nümayəndə heyəti nümayişkaranə şəkildə zalı tərk edib. Daha sonra baş nazirin çıxışı dəfələrlə qışqırıqlar və fit səsləri ilə kəsilib.
Netanyahu tribunadan Fələstinin HƏMAS hərəkatından Qəzza zolağında müharibənin dayandırılması müqabilində dərhal silahlarını yerə qoymağı və girovları azad etməyi tələb edib . Baş nazir izah edib ki, onun müraciəti təkcə İsrailin anklavla sərhədindəki səsgücləndiricilər vasitəsilə deyil, həm də birbaşa hərəkat liderlərinin mobil telefonları vasitəsilə yayımlanır.
Baş nazir tribunadan zalda ona etiraz edənlərə ritorik sual ünvanlayıb.
“ABŞ-yə ölüm” şüarı səsləndirənlər kimlərdir? İran, HƏMAS, Hizbullah, Husilər yoxsa hamısı? Cavab sonuncudur, hamısı”.
Polise.az



