İrandan etiraf: Nüvə obyektlərimiz dağıdılıb

“İranın nüvə obyektləri ABŞ-nin hücumu zamanı dağıdılıb”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Amerika nüvə obyektlərimizə və uranı zənginləşdirmə mərkəzlərimizə hücum elədi, onları dağıtdı və ciddi şəkildə zədələdi. Amma bu hərbi əməliyyat problemi həll edə bilmədi, çünki texnologiya bizim üçün əlçatan və yerlidir. Nüvə texnologiyasını xaricdən gətirməmişik, özümüz inkişaf etdirmişik. Deməli, texnologiya mövcuddur və İranın nüvə proqramı ilə bağlı hansısa narahatlıq varsa, həll yolu diplomatik olmalıdır, biz həmişə dialoqa və diplomatik həllə hazır olmuşuq.
Hərbi variantı sınadılar, amma bu, problemi həll etmədi. İndi yenidən “tətik mexanizmi” vasitəsilə cəhd edirlər, bu da problemi həll etməyəcək, əksinə, mürəkkəbliyi və çətinlikləri artıracaq, diplomatik həlli çətinləşdirəcək”, – İran xarici işlər naziri qeyd edib.
Polise.az



