Etibar Hüseynov: İmanova qarşı edilən imansızlıq..

Bəri başdan deyi ki, Cabirlə heç bir şəxsi tanışlığım olmayıb. Qardaşı Tahir isə bir neçə il əvvəl ARB-də, ” Sitatın sonu”nda qonağım olub. Ona da adət etmədiyi “solaxay” suallar verdiyimdən, hiss etdim ki, dilxor getdi. Efirdən sonra isə zəng edib “bir daha mənim verilişimə gəlməyəcəyini” dedi.

***
Mən verilişdə (Yutube də var) Tahirə dedim ki, “niyə “Ölülər”in, “Bəxt üzüyü”nün eybəcər remiksini çəkib- o cür əsərləri biabırçı günə qoyursan? Dedim ki, Artur Rəsizadə, Hacıbala neçə il əvvəl işdən çıxıbdı, amma sən hələ də onları parodiya etməkdə davam edirsən. Niyə işinizdə bir yenilik, irəliləyiş yoxdur?” Yəni mən narazılıqlarımı Tahiri efirimə çağırıb üzünə dedim. Dalınca danışmadım. Qeybətini eləmədim.  Bilənlər bilir ki, mən nəinki dünyasını dəyişən, hətta həbs edilmiş və ya vəzifədən getmişlərin belə haqqında danışmıram.
***
Amma indi baxıram adam dünyasını dəyişib, yəni ölüb. Amma arxasınca sevincək olaraq qeybəti edilir, ittiham olunur. Sizlər nə imansız nə vicdansız adamlarsız!. Heç ölünün də arxasınca danışarlar? Bunu da deyənlərə cavab yazırlar ki, onda Hitlerin də, Napaleonun da, Stalinin də dalınca danışmayaq? (müqayisəyə bax e) Əvvəla sizlər Hitlerin, Stalinin dövründə yaşamayıbsız.  O adamların dövründə yaşayan bir çox insanlar da olub ki, özlərində cəsarət tapıb sözlərini açıq deyiblər. Həbsi, ölümü gözlərinə alaraq. Amma sizlər Cabirlə bir dövrdə yaşayıbsız, sizin üçün əlçatan olub. Sözünüz vardısa sağlığında üzünə deyərdiniz. Öləndən sonra yox.
Ölü-ölüdür. Dili yox, ağzı yox. Onu söymək də olar, döymək də. Buna xüsusi bir qəhrəmanlıq lazım deyil. Ona görə də buna gedənlər insanlarda ikrah və nifrət oyadır. Deyirlər ki,  guya “biz onun sağlığında da yazmışıq”. Əgər belədirsə rus demiş “tem bole”.  Bəs indi niyə için qaynayır, sakit ola bilmirsən? Manyakmısın?
***
Baxıram, İqbal Agazadənin illər öncə verdiyi müsahibə də paylaşılır. Ay adam adı daşıyanlar. İqbai bəy onu Cabirin sağlığında deyib, öləndən sonra yox. Və bu gün də baxıram ki, İqbal bəy həmin videonu arxivindən götürüb dövriyyəyə buraxanları qınayıb və Cabirə də rəhmət diləyib.  Kifayət qədər normal, əsl centlmen bir davranış.
***
İndi keçirəm Cabirin guya ki, kimlərəsə işgəncə vermək məsələsinə. 2003-cü ilin o məhşur hadisələrindən sonra müxalifət qəzetlərindən birində həmin döyülənlərdən birindən müsahibə alınmışdı. Fotosu yox idi. Adı da yadımda deyildi. Bəlkə də feyk idi, deyə bilmərəm. Həmin açıqlamasında o adam deyirdi ki “məni polis şöbəsinə aparanda döydülər. Həmin vaxt dəhlizdən keçən Cabir İmanov da səs-küyü eşidib otağa daxil oldu. Elə bildim məni onların əlindən alacaq, amma əksi oldu- o da məni döydü”. Bu müsahibənin nə qədər doğru olub-olmaması böyük sual altındadır. Bir daha qeyd edirəm həmin dövrün müxalifət qəzetlərində anonim şəxsin adından yazılmışdı.
Amma ortada  Cabirin “Azadlıq” meydanında bir nəfərə təpik atma görüntüsü var. İndi diqqət!:
***
O vaxt azğınlaşmış bir qrup kütlə, icazəsiz aksiyaya çıxıb qarşısına çıxan polis maşınlarını dağıdır, yol üstündə olan obyektlərin şüsələrini sındırır, avtobusların qarşısını kəsərək sərnişinləri söyüb-təhqir edərək yerə düşməyə məcbur edirdilər. Bayaq qeyd elədim ki, Cabirin görüntüsü məhz “Azadlıq” meydanında cəkilib. O “Azadlıq” meydanı ki, orada azğınlaşmış kütlə Cabirin də çalışdığı polislərə dəmir alətlərlə hücum edirdi. Başlarına daş parcaları yağdırıdı. “Ural” markalı maşını üzərlərinə sürürdülər.  Və o vaxt polislə bərabər Daxili qoşunların 18 yaşlı hərbçiləri belə ağır xəsarətlər alıb xəstəxanalara yerləşdirildi. Bir hərbçi kimi yalnız vəzifə borcunu yerinə yetirən o gənclərin bəziləri ömürlük əlil oldu. İndi o həddən artıq gərgin saatları yaşayan birisinin həmin vəziyyətdə kiməsə ÖTƏRİ BİR təpik atması bu qədərmi yaddaşınıza həkk olub? Bəs bu qədər ləyaqətli və dürüst birisisinizsə niyə həmin hadisələr vaxtı yalnız vəzifə borcunu yerinə yetirən jurnalist Sahil Kərimlini armaturla, vəhşicəsinə döyən biriləri haqda danışmırsız? Əksinə o vaxtlar onların müdafiəsinə qalxdınız. Onlardan qəhrəman düzəltdiniz. Həmin adamlarsınız da..
***
 O zaman Cabirin 26 yaşı var idi. Arıq, çəlimsiz biri olub.  Və adına “banditizm” filan deyilən idarədə də işləməyib. Onun atdığı təpiyin nə çəkisi, nə zərbəsi ola bilərdi ki? Yaxud da ki, adına “işgəncə” dediyiniz 5-3 şıllə. Hətta belə bir hal olubsa belə: ixtişaşlarda iştirak edən kiməsə 1-2 şillə-təpik vurmaq nə vaxtdan işgəncə sayılıb? Ona qalanda ölkədə az qala hər gün onlarla dava-dalaş olur. Bir-birilərini al qana bürüyən kim, başlarını taxta, lopatka ilə yaran kim. Onda onun adı nədir?
***
Cabir isə necə deyərlər “paqon” adamı olub. Əmrə müntəzir olub. Bir artist olaraq kənardan gəlib kimisə döyməyib. Əmrə təbe şəxs olaraq meydanın təmizlənməsi prosesində iştirak edib. Həmin vaxt özü də döyülə, hətta öldürülə də bilərdi. Və burada hansısa qəbahətli, qınanılası, bir şey yoxdur. O qulluqçusu sayıldığı dövlətin xidmətində durub vəzifəsini vicdanla yerinə yetirib.
***
Amma sizlər dünyasını cavan yaşlarında dəyişmiş 4 uşaq atasını, Əməkdar artist, milyonlarca pərəstişkarı olan birisini 22 il əvvəl olan bir hərəkətinə görə linç etməyə girişibsiz. Elə isə həqiqətən də görünmək istədiyiniz bu qədər dürüst və vicdanlı birisisinizsə açın qoyun ortalığa 22 il əvvəlin arxivlərini. Əlinizin altındadır da. Çıxardın o dövrdəki yazılarınızı, videolarınızı. Niyə üstünə yekə bir qıfıl vurub seyflərədə gizlədirsiz? Qorxursuz, ya utanırsız?
**
Cabir savadlı, hazırcavab birisi idi. Bu gün sag olsaydı dediklərinizə lazımlı cavab verərədi. Bəs sizlərin necə: o dövrdə etdiklərinizə, yazdıqlarınıza görə cavab verməyə “DUX”unuz çatırmı?
Ona görə də abrınıza qısılıb susun, danışmayın da heç olmazsa. Danışdıqca iyrənc görsənirsiz. Özü də çox. Lap çox..

***
Və sonda. Bu gün sağam. Sabah kimin başına nə gələcək bilinmir. Ona görə də haqqımda demək və yazmaq istədiklərinizi bu gün üzümə deyin. Harada, nə vaxt istəyirsizsə gəlib bütün suallarınıza və ittihamlarınıza cavab verməyə hazıram. Buyurun. Yox əgər buna cəsarətiniz çatmırsa sabah dalımca ulaşmayın. OK-mi?

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button