Yeni planla Kremlə gedən Köçəryana gözlənilməz cavab

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda Moskvada səfərdə olub.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, artıq bir neçə gündür Robert Köçəryanın Moskvaya səfəri ilə bağlı onun ofisindən izahat ala bilmirlər:
“Onun bu yaxınlarda Moskvaya getdiyi, Kremlin Ermənistan üzrə kuratoru Sergey Kiriyenko ilə görüşdüyü və Ermənistanın daxili siyasi məsələlərini, o cümlədən qarşıdakı seçkiləri müzakirə etdiyi barədə məlumat almışıq. Əldə etdiyimiz məlumata görə, ikinci prezident seçkilərdə uğur qazanmağın düsturunu təqdim edib ki, bu da müxalifət meydanını birləşdirməyi və hakimiyyətə qarşı ən geniş cəbhədə mübarizəni nəzərdə tutur. Amma bunlar maliyyə xərclərini nəzərdə tutur.
Kreml rəsmisi heç bir konkret öhdəlik götürməyib, üstəlik, Ermənistandan əl çəkdiklərini açıq şəkildə ifadə edib.
Dünən “Ermənistan” blokunun deputatı Aqnesa Xamoyandan ikinci prezidentin son günlər Moskvada olub-olmamasını öyrənməyə çalışsaq da, o, prezidentin səfərlərindən xəbərsiz olduğunu deyib”.
Polise.az



