Albaniyanın Baş naziri Makronla zarafatlaşıb: Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz

Kopenhagen şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan – Azərbaycan sülhü haqda danışarkən səhvən Albaniya – Azərbaycan deməsi barədə Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.
“Report” xəbər verir ki, Albaniyanın Baş naziri Trampın səhvən “Albaniya və Azərbaycan arasında münaqişə” dediyini nəzərə alaraq Makrona zarafatla deyib:
“Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz”.
Polise.az



