HƏMAS silahı yerə qoymayacağını bəyan etdi

HƏMAS Siyasi Bürosunun üzvü Mahmud Mərdavi Trampın münaqişənin həlli planının bir hissəsi olaraq silahı yerə qoymağa razılıq verdiyi barədə xəbərləri təkzib edib.
Teleqraf xəbər verir ki, hərəkat mediada yayılan bəyanatların heç bir əsası olmadığını bəyan edib.
Oktyabrın 5-də “Al Hadath” telekanalı hərəkatdakı mənbəyə istinadən xəbər verib ki, HƏMAS Qəzza zolağında saxlanılan israilli girovları azad etməyə və silahlarını təhvil verməyə hazırdır.
Oktyabrın 3-də HƏMAS Trampın planına uyğun olaraq bütün girovları azad etməyə hazır olduğunu bildirib. Hərəkat həmçinin Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.
Polise.az



