Ersin Tatar: “Bir millət, üç dövlət” anlayışı getdikcə güclənir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türkiyə və Azərbaycanla əlaqələrinin hər keçən gün daha da inkişaf etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Ersin Tatar 6–7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüş ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

O, ŞKTC-nin TDT-də müşahidəçi üzv kimi iştirakının əhəmiyyətini vurğulayaraq, təşkilata üzv ölkələrlə əməkdaşlığın genişləndirildiyini qeyd edib:

“ŞKTC-nin Şərqi Aralıq dənizindəki strateji mövqeyi Türk dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Qəbələdə keçiriləcək zirvədə ŞKTC bir daha öz bayrağı və rəsmi adı ilə təmsil olunacaq”.

Ersin Tatar “Bir millət, üç dövlət” anlayışının getdikcə daha da gücləndiyini vurğulayıb:

“Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Şimali Kiprə olan diqqəti bu anlayışın həm orada, həm də bizdə möhkəmlənməsinə səbəb olub. Təkcə Azərbaycanla deyil, digər türk dövlətləri ilə də münasibətlərimizi inkişaf etdirməyə çalışırıq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button